Bu gün Azərbaycan futbolu tarixində ilk reallaşa bilər. Beləki,  UEFA Avropa Liqasında çıxış edən “Qarabağ”  Poqtuqaliyanın güclü “Braqa” komandasını mübarizədən kənarlaşdırarsa, bu, ölkə futbolu adına tarixi nəticə olacaq. Səfərdə rəqibinə 4:2 hesabı ilə qalib gələn komandamıza Bakıdakı görüşdə heç-heçə, yaxud minimal hesablı məğlubiyyət belə kifayət edəcək. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilk oyunda qeydə alınan hesabın futbolçularını arxayın salmadığını deyib. Təcrübüəli mütəxəssis cavab matçında daha diqqətli olmağın vacibliyini bildirib: “Çox vacib, dəyərli oyundur. Bu matç ətrafında çox danışmaq istəmirəm. Fikrimizi tam rəqibə yönəltmişik. Cavab qarşılaşmasında daha intizamlı oynamalıyıq. İnanıram ki, futbolçularımız soyuqqanlı olacaq və düzgün oynayacaqlar. Matçı yaxşı notda başa vurmaq istəyirik. Şans varsa, bundan istifadə etməyə çalışacağıq".

Matçın hazırlığını başa vuran “Qarabağ”da itki yoxdur və komanda üzvləri tam heyətlə qarşılaşmanın startını gözləyir. Potuqaliya təmsilçisi də Bakıya iddialı gəlib. Klub rəhbərliyi komandanın qarşısına yalnız mərhələ adlamaq tapşırığı qoyub. “Braqa”nın baş məşqçisi Artur Jorjenin açıqlamalarında da məlum olur ki, bu gün azarekşlər meydanda  gərgin mübarizənin şahidi olacaqlar:“İlk oyundakı hesab işimizi çox çətinləşdirib. Nəzərə alaq ki,həm də ötən həftəsonu çempionatda daha bir gərgin matç da keçirmişik. "Qarabağ" isə oynamayıb. Çətin olsa da, vəziyyəti xeyrimizə dəyişməyə çalışacağıq. Fikrimcə, bu, mümkünsüz deyil. "Braqa"nın hər bir oyunçusu qələbə üçün vuruşmalıdır. Qarşımızda çox güclü rəqib var. Amma istənilən halda hədəfimiz təkcə qələbə yox, mərhələ adlamaqdır".

Azarkeşlər arenada komandamıza  möhtəşəm dəstək verəcək.  Belə ki, Tofiq Bəhramov adına Respublika stadionundakı keçiriləcək “Qarabağ”- “Braqa” matçının bütün biletləri satılıb. Xatırladaq ki, Saat 21:45-də başlayacaq görüşü bolqarıstanlı Georgi Kabakov idarə edəcək.